(+994 50) 758-60-54 (+994 70) 535-70-50 [email protected]
Müalicə olunmuş Xəstələr

2 yaşlı oğlan uşağında Giyena-Barre sindromu...


Yenə Qarayev xəstəxanasından, 2 yaşlı uşaq Giyena-Barre sindromunda.

Bu xəxstəlik zamanı yüksək həcmli plazmaferez qaçılmazdır. Bu uşaq 15 kq.dır. Hər kq çəkisinə 200 ml plazma kurs müalicəsində atılmalıdır. 15 kq x 200 = 3000 ml. xəstənin plazması cəmi 600 ml.dir. Yəni faktiki plazmanın 5 misli gedər plazma atılmalıdır. Bu elə də asan iş deyil. İşi fəsadsız görmək lazım. Praktika göstərir ki, hər kq çəkiyə 20 ml plazma atılması organizm üçün ciddi təhlükə yaratmır. Onda bir seansda 20 ml x 15 kg = 300 ml edir. ALBUMİN dayağı altında biz bunu 400 ml də edə bilərik. Əməliyyat sonunda xəstəyə 200 ml fizioloji məhlul və 50 ml 20% li albumin 200 ml 5%li qlikoza da vena daxilinə transfuziya etsək, hər şey qaydasında olar. 3 gündən bir təkrar etsək 3000 ml plazma : 400 ml = 8 seans plazmaferez tələb olunur ki, bunu da 24 gün ərzində icra edə bilərik. Giena Barre xəstəliyi və miasteniya xəstəliyi zamanı donor plazmasından istifadə etmək yanlış mövqedir. Ancaq albumin dayağı və seanslar arasında vena daxili immunoglobulin 400 mq\kq vurulmalıdır. Xarici ədəbiyyat bunu 5 gün davam etməyi məsləhət bilir. Biz belə hesab edirik ki, 5 gündən sonra icra olunan plazmaferezlər bu bahalı dərmanın effektiv dozasını aşağı salır. Buna görədə əsas dozanın 15 kg x 400 mg -= 600 0 mg x 5 gün = 24000 mq= 24 qram edir. Nəzərə alsaq ki, “2,5 qram in 50 ml” Oktagam var, bu doza 24 qram: 2,5 qram = 10 flakon (təxmini) edir. Bunun 5 flaconunu plazmaferezler icra olunan vaxti, galan 5 flaconunu isə plazmaferez gurtarandan sonar transfuziya etmək lazım.

Nəzərə alsaq ki, vena vdaxili İg ganda 21 gün galir. Plazmaferezlərdən sonar 5 flaconun infuziya olunması təhlükəni uzaglaşdıracagdır. Cünki, artıg 14 gündən sonar xəstəlikdə regressiya başlayır.

Biz həmişə xəstə yaxınına, xəstənin yanında olmağa icazə veririk, bu xəstədəki stressi azaldır. Bu halda xəstənin atası oğlunun əlimdən tutmuşdur.

Əməliyyat davam edir.

Uşağın anasının yanında olması ona güvən verir. Xəstə doğmaları tibbi personala kemək edirlər.


Əməliyyat sona yetir. Nəzərdə tutulmuş toksiki plazma alinmışdır.

Əməliyyat başa catır və bərpa işləri davam edecək.

Sahibə həkim pediatrdır anesteziolig-reanimatologdur. Bu işin , həm uşaglarda, həm böyüklərdə virtioz bilicisidir. Təəsssüf ki, Almaniyaya işə dəvət almış.
скачать dle 11.1смотреть фильмы бесплатно
2016-2022. Plazmaferez.az. Sayt Mərkəzi Dəmiryol Xəstəxanasının "Efferent Terapiya" şöbəsinə məxsusdur.
Bağla