(+994 50) 758-60-54 (+994 70) 535-70-50 [email protected]

Rigit Ritim


İdman kardiologiyasında idmançıların yarış zamanı qəfləti ölümü baş verir ki, sonrakı araşdırmalar nəticəsində məlum oldu ki, bu qəftəli ölümün səbəbi idmançıda idman stressi fonunda ürək fəaliyyətində yarış zamanı “rigit ritmin” inkişaf etməsinin nəticəsidir.
Yəni normada insan ürəyi sinus aritmiyası deyilən rejimdə fəaliyyət göstərir. Yəni ürək yığılmaları arasındakı interval – vaxt müxtəlifdir: 1.08.....1.06.....0.98.....0.94.....0.92.....0.94.....0.94.....1.00.....0.96.....0.98.....1.00.....0.98.....0.92.....0.96.....0.84.....0.94.....0.92.....0.88.....0.86 və s.
Yəni, təkrarlanan intervallar azdır və bütün intervallar təkrarlanarsa buna “rigit ritim” deyilir. Bu zaman ürək simpatik və parasimpatik sinir və humoral təsirlərdən kənarda fəaliyyət göstərir, orqanizmin təlabatını duymur, fibriliyasiya önü hal yaranır.
ŞƏKİL 1.

Tutaq ki, biz 319 ürək yığılması arasındakı intervalı təhlil edirik. Bu zaman təkrarlanan intervalların sayı 102, ümumi interval sayı isə 319-dur. Təkrarlanan intervalların ümumi müşahidə olunan intervallara nisbətinin faizlə ifadəsi moda amplitudası adlanır. (təkrarlanan intervallar R-R / ümumi müşahidə olunan intervallar R-R x 100 % = Amoda). Söylədiyimiz halda 102/319 x 100 = 32 %.
ŞƏKİL 2.

Əgər təkrarlanan intervallar müşahidə olunan intervalların sayına bərabərdirsə, buna mütləq rigit ritim deyilir və ürək fibriliyasiyanın yaxınlığındadır, hər an qəfləti ölüm baş verə bilər. Məsələn, tutaq ki, 434 interval müşahidə olunur və bu intervallar arasındakı məsafə tam bərabərdir:
Amoda = 434 / 434 x 100% = 100 %.

Mən, akademik Lezqaft adına bədən tərbiyə institutunun qan dövranının kliniki fiziologiya kafedrasının müdiri professor A.Q.Dembo və Sankt-Peterbuqrun görkəmli kardioloqu professor E.V.Zemçoveski ilə söhbətdə belə fikir irəli sürdüm ki, nəyə görə rigit ritim ancaq idmançıları yaxalayır. Məgər reanimasion xəstələrdə ölüm qabağı rigit ritim inkişaf edə bilməzmi?

Onlar izah etdilər ki, yaxşı idmançı, daha doğrusu yüksək nəticə verən idmançılar yüksək fiziki hazırlığını uzun müddətli fiziki məşq zamanı əldə edir. Yəni uzun müddətli tədricən artan fiziki yükün təsiri altında formalaşan idmançının fiziki imkanları yüksək olur. Çünki yarış özü bir stressdir və fiziki imkanı yüksək olan idmançı bu stressi dözümlü qarşılayır.
Bir haşiyə çıxaq: məsələn, hündürlük şəraitində yaşayan dağ adamlarının (Gədəbəy, Lerik) orqanizmi daima atmosfer təzyiqinin yüksək olması şəraitinə - stressinə məruz qalır və yüksək dağ şəraitində oksigenin miqdarı az olduğu üçün bu dağ adamlarının oqranizmi hamiləlik dövründən başlayaraq qocalana kimi oskigen çatmazlığı defisiti stressini yaşayır. Məhz buna görə də dağ adamlarının sümük iliyi yüksək fəaliyyət göstərərək bu stressi yaşamaq üçün eritrositlərin və hemoqlobinin miqdarını artırır və onlar oksigen çatmazlığı stressini (yəni hipoksiyanı) aran adamlarından daha yaxşı keçirirlər və bir stressə dözüm yaranan oqranizm körpü kimi digər stressləri də o birisi insanlardan daha yaxşı yaşayır.

Və yaxud qadınlar daima menstruasiya zamanı az da olsa qanaxmaya məruz qaldıqlarına görə onlarda qanaxmaya dözüm stressi kişilərdən yüksəkdir. Eyni zamanda qadınlar kişilərə nisbətən daha yaxşı keçirirlər. Məhz buna görə də orta ömür qadınlarda kişilərdən çoxdur.
Məhz buna görə də uzun müddət az fiziki yükün təsiri ilə fiziki imkanını artıran idmançıda uzun müddətli az güclü fiziki yükün təsiri nəticəsində stressə dözüm formalaşır və bu idmançılar daha yaxşı nəticə əldə edirlər. Bu idmançılarda yarış stressi vaxtı qəfləti ölüm baş vermir. Leninqrad-Sankt-Peterburq şəhərində uzun müddət reanimasiyada işlədiyim müddətdə daimi (прописка) qeydiyyat almaq üçün məni 3 saylı kliniki şəhər xəstəxanasına şərtlə işə almışdılar. 3 il 2 stavka növbədə işləməliyəm. 3 nömrəli xəstəxananın reanimasiya şöbəsi 24 çarpayıdan ibarət idi. 12 çarpayı cərrahi xəstələr, 12 çarpayı terapevtik xəstələr. Bu şöbədə ən ağır xəstələr müalicə olunurdu və onların süni tənəffüs aparatında idi. Hamının növbəsində olduğu kimi mənim də növbəmdə ən azı 2 xəstə ölürdü. Bu bir ayda 14 növbə x 2 xəstə ölümü = 28 ölüm x 10 ay (ildəki 2 ayı saymıram) = 1 ildə 280 ölüm və daimi qeydiyyat aldığım müddətdə yəni 3 ildə 840 ölüm demək idi. Mən bu xəstələrin hamısında ürək fəaliyyətinin rigitliyini yoxladım və qərara gəldim ki, insan tibbi potologiyanı növündən, adından asılı olmayaraq öləndə ürək fəaliyyətində rigit ritim yaranır. Sonra fibriliyasiya baş verir və ürək dayanır.
Mənim işlədiyim 3 nömrəli xəstəxana hərbi tibb akademiyasının kliniki bazası idi və bizim kuratorumuz SSR silahlı qüvvələrinin baş anestezioloq-reanimatoloqu general-leytenant, t.e.d, professor Boris Stepanoviç Uvarov idi. Məni kliniki ordinaturaya göndərəndən 3 il sonra mən daimi şəhər qeydiyyatı aldım. B.S.Uvarov baş həkimdən mənim növbələrimdə nə qədər ölüm hadisəsi olduğunu soruşdu. Baş həkim tərəddüd içərisində dedi: “Бахруз Алиханович вообще то приехал истреблят русский народ, у него за три года 840 смертных случаев.”
Bilinəndə ki, mən hər ay 14 növbəyə çıxmışam hamı bu rəqəmə anlaqlı yanaşdı.
Əsas budur ki, bu 840 xəstədə ürək fəaliyyətinin rigitliyi müayinə olunmuşdu və təsdiq olunmuşdu ki, bu xəstələrin hamısında ölümdən qabaq ürək fəaliyyəti rigit ritmə keçmişdir və fibriliyasiyadan öncə rigit ritim fiksə olunmuşdur.
Bu təcrübəni nəzərə alaraq mənim tərəfimdən 2003-cü ildə Peterburqlu məşhur professor-kardioloqlar E.V.Zemçoveski və V.V.Uruksin tərəfindən rəy verilməklə ilk dəfə rus dilində “Атлас ригидного ритма” monoqrafiyası nəşr olundu.

Bu monoqrafiyada konkret olaraq göstərilir ki, inkişaf edən rigit ritim qəfləti ölüm təhlükəsini və yaxud istənilən somatik xəstənin kliniki statusunu ağır olduğunu göstərən proqnostik amildir. Rigit ritim davam edərsə xəstə ölümə məhkumdur, rigit ritimdən uzaqlaşma yəni təkrarlanan intervalların azalması proqnostik olaraq xəstənin təhlükədən uzaqlaşmasını göstərən amildir.

Hətta maraqlı budur ki, insan nə qədər cavandırsa və sağlamdırsa təkrarlanan intervalların sayı müşahidə olunan intervallar sayında 50 %i keçmir, həmişə 50%-dən aşağı olur və insan yaşa dolduqca təkrarlanan intervallar yavaş-yavaş artır və 60-70 yaşında adamlarda 80%-ə qədər yaxınlaşa bilər. Yəni, apoptoza- hüceyrənin genetik məhv olma sərhəddinə yaxınlaşır. Yəni insan yaşa dolduqca ürəyin fəaliyyətinin rigit ritmə – ölümə doğru formalaşması baş verir.
ŞƏKİL 3. 

13 yaşında oğlan uşağında ürək ritminin variasiyası moda amplitudası 34 %-dir.
ŞƏKİL 4. 

İnfarkt keçirtmiş 68 yaşlı xəstədə təkrarlanan intervallar 67 % təşkil edir. Yəni ürək rigit ritmə yaxınlaşır. Lakin yaşlı adamlarda əgər moda amplitudası 50 %i keçmirsə bu sadəcə həmin şəxsin orqanizminin sağlam olmasının göstəricisidir.

P.S. Deyilənlər sadəcə hörmətli kolleqalarımın diqqətini rigit ritmə yönəltməkdir. İstənilən müzakir və mülahizələr şəxsi olaraq aparıla bilər.скачать dle 11.1смотреть фильмы бесплатно
2016-2022. Plazmaferez.az. Sayt Mərkəzi Dəmiryol Xəstəxanasının "Efferent Terapiya" şöbəsinə məxsusdur.
Bağla